AZ

Metronun 200 metrlik tuneli: Qazıntı yerləri hasarlanacaq Video

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Hazırlıq işləri çərçivəsində 28 May stansiyası ətrafında 2 ərazi qazılacaq: pizza

"Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində, Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir".

Ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hasarlanacaq:

"Bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlayacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımi dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçikhəcmli yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılmı prosesi yekunlaşacaq".

Proses 4-5 ay müddətində davam edəcək. Metropolitendə hərəkətin təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyədək olan intervalla istifadəni davam etdirəcək. Aparılan qazma işləri avtobusların hərəkətinə və dəmir yolunun iş qrafikinə heç bir təsir göstərməyəcək"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
17
yenisabah.az

10Mənbələr