AZ

Ukrayna Həştərxana zərbə endirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühümeport logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan "Shahed” tipli PUA-ların komplektləşdirici hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.
 
 
 

Seçilən
4
18
7news.az

10Mənbələr