Bakı. Trend:
Gənclər və idman naziri Fərid Qayıbov tələbəlik illərindən sonrailk işinin Balaxanı neft mədənlərində olduğunu bildirib. O, buhaqda ASAN TV-nin “Qeyri-rəsmi” proqramında tanınmış jurnalist EminMusaviyə danışıb.
İxtisasca iqtisadçı olmasına baxmayaraq Fərid Qayıbov Balaxanıdailk olaraq fəhlə kimi çalışmağa başlayıb.
“Mənə dedilər ki, işi başa düşmək üçün lap aşağı vəzifədənbaşlamalıyam”, deyən nazir Qayıbov 2001-ci ildə yarım il fəhlə kimiçalışdıqdan sonra digər vəzifəyə keçirilib.
Ümumilikdə, onun iş yolunun üç ili Sabunçuda Balaxanı neftçiləriilə birgə keçib.
Qeyd edək ki, Abşeron yarımadasının ən iri və nadir neft-qazyatağı “Balaxanı-Sabunçu-Ramana” da hasilat işləri aparan“Balakhani Operating Company LTD”-nin hazırkı işçi heyətinin 15%-əyaxını gənclərdir.