Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.
Moderator.az xəbər verir ki, köç karvanı Ağdamın Təzəkənd kəndinin keçid postundan yola düşüb.
Sözügedən kəndə ilk dəfə 26 ailə olmaqla 89 nəfər köçürülür.
Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, kənddə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) məskunlaşacaq.