AZ

Kuril adalarında gün ərzində 3 güclü zəlzələ

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gecə Kuril adalarında 5,3 bal gücündə güclü zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 08:51-də (Bakı vaxtı ilə 01:51) olan yeraltı titrəyişlər Paraşumir adasında 3 bal gücündə hiss olunub.

Bundan 1 saat 21 dəqiqə sonra eyni ərazidə və eyni gücdə daha bir zəlzələ olub. Zəlzələnin episentri Paraşumir adasından 127 km şərqdə, 10 km dərinlikdə yerləşib. Sunami xəbərdarlığı və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, dünən yerli vaxtla 03:36-da da (Bakı vaxtilə 20:46) Kuril adalarında 5,2 bal gücündə güclü zəlzələ olmuşdu. Zəlzələnin episentri 43 km dərinlikdə yerləşmişdi.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
525.az

1Mənbələr