AZ

Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb » AzadMedia.az


Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə kəndə 26 ailə (89 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, kənddə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) məskunlaşacaq.
Seçilən
37
41
azadmedia.az

10Mənbələr