Avqustun 13-də küçədə meyiti tapılan şair, nasir, jurnalist Kəramət Şükürov bu gün dəfn olundu.
Moderator.az xəbər verir ki, o Masallıda atasının yanında torpağa tapşırılıb.
Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyəçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.