AZ

Avroliqa: Pley-off mərhələsinin bütün cütləri bəlli oldu

Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı “Şkendiya” (Şimali Makedoniya) Bolqarısta çempionu “Ludoqorets”lə qarşılaşacaq.

Ötən mövsüm Türkiyə Super Liqasında 3-cü pilləni tutmuş “Samsunspor” isə Yunanıstan nəhəngi “Panatinaikos”la üz-üzə gələcək.

Qeyd edək ki, Avroliqada pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə ayın 28-də keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – “Ludoqorets” (Bolqarıstan)
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)
“Malmö” (İsveç) – “Siqma” (Çexiya)
“Panatinaikos” (Yunanıstan) – “Samsunspor” (Türkiyə)
“Aberdin” (Şotlandiya) – Styaua (Rumıniya)
“Lex” (Polşa) – “Genk” (Belçika)
“Midtyulland” (Danimarka) – KuPS (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – “Braqa” (Portuqaliya)
“Zrinski” (Bosniya və Herseqovina) – “Utrext” (Niderland)
“Brann” (Norveç) – AEK (Larnaka, Kipr)
“Riyeka” (Xorvatiya) – PAOK (Yunanıstan)

Seçilən
42
7
arena.az

10Mənbələr