AZ

Naxçıvanda məmur qəzada öldü - FOTOLAR - YENİLƏNİB

Babək rayonunda dünən baş verən yol qəzasında ölənlərdən biri Naxçıvan Şəhər Maliyyə İdarəsinin Xəzinə əməliyyatı sektorunun müdiri olub.

APA-nın yerli bürosunun xəbərinə görə, sektor müdiri Möhlət Zamanov hadisə yerində ölüb.

00.49

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
34
12
cebheinfo.az

10Mənbələr