AZ

Rusiyada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

BAKI, TurkicWorld

Gələn həftə Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

TurkicWorld Trend - ə istinadən xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.

Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

Seçilən
34
8
turkic.world

10Mənbələr