Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov ilkin ehtimala görə müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.