AZ

Rusiyada zavodda dəhşətli partlayış - Ölən və yaralananlar var - VİDEO

Rusiyanın Şilovski rayonunun Ryazan vilayətində yerləşən “Elastik” barıt zavodunda partlayış olub.

News24.az “Baza”-ya istinadən xəbər verir ki, partlayış nəticəsində üç nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralananlardan 10 nəfərin vəziyyəti ağırdır. 

İlkin məlumata əsasən, partlayışa səbəb barıt istehsal edilən sexdə texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Qeyd edək ki, 2021-ci ildə həmin zavodda baş verən partlayış 17 nəfərin həyatına son qoymuşdu. 





Seçilən
66
news24.az

1Mənbələr