AZ

Qadın ərini zəhərləyib öldürdü

Türkiyənin Osmaniyə vilayətində ərini zəhərləyərək öldürməkdə təqsirləndirilən Sebile Yörük barəsində yenidən həbs qərarı çıxarılıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə 22 mart 2024-cü ildə baş verib.

Evində qəfildən vəziyyəti pisləşən Mehmet Yörük xəstəxanada 20 gün müalicə aldıqdan sonra vəfat edib. Tibbi ekspertiza mərhumun mədəsində tənəffüs çatışmazlığına və infarkta səbəb ola bilən hidrogen sulfid maddəsi aşkar edib.

Sebile Yörük və onun ərinin ölümündən sonra münasibətdə olduğu iddia edilən Mustafa Samağan televiziya proqramında edilən etiraflardan sonra “qəsdən adam öldürmə” ittihamı ilə həbs edilib. Təxminən 10 aylıq həbsdən sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılan Yörük haqqında eyni cinayət işi üzrə yenidən həbs qərarı verilib.

Seçilən
3
1
publika.az

2Mənbələr