AZ

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

“Nəsimi” metrosunun yaxınlığında, Rəşid Behbudov küçəsi istiqamətində yerləşən və sakinlərin “Nəbatət bağı” adlandırdığı yaşıllıq sahəsi tamamilə baxımsız vəziyyətdədir.

Uzun müddətdir sahibsiz qalan ərazidə alaq otları hər yeri bürüyüb. Halbuki bu ərazi ictimai istirahət parkı kimi istifadəyə verilə bilər.

Məsələ ilə bağlı əvvəlcə Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi onlara aid deyil.

Maraqlıdır ki, Binəqədi Rayon İcra Hakimiyyəti də ərazinin onların balansında olmadığını deyib.

Bakı Şəhər İcra Hakimiyyəti isə məsələnin Yaşıllaşdırma Xidmətinə yönləndirildiyini açıqlasa da, artıq iki həftə keçməsinə baxmayaraq, heç bir rəsmi cavab yoxdur.

Axar.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
hurriyyet.az

5Mənbələr