AZ

İlk köç karvanı Ağdərənin Kolatağ kəndinə çatdı - YENİLƏNİB + FOTOLAR

İlk köç karvanı Ağdərə rayonunun Kolatağ kəndinə çatıb.
 
Moderator.az xəbər verir ki, ailələrin qarşılanma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.
 
12:35
 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdərə rayonunun Kolatağ kəndlərinə ilk köç karvanı yola salınıb.
 
Moderator.az xəbər verir ki, köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
İlk mərhələdə Ağdərə rayonunun Kolatağ kəndinə 26 ailə - 89 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Kolatağ kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
 
 
Seçilən
38
5
moderator.az

10Mənbələr