Avropada qazın qiyməti Tramp-Putin sammiti ərəfəsində sürətlə ucuzlaşı
ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin sammiti ərəfəsində Avropada təbii qazın qiymətləri 2025-ci ildə ən aşağı səviyyəyə düşüb...
“Report”xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Bloomberg”ə istinadən yazıb.
Amsterdamda ticarət olunan qaz fyuçersləri ayın əvvəlindən təxminən10% ucuzlaşaraq maydan bəri ən aşağı səviyyəyə çatıb.
Treyderlərin az bir qismi Rusiya boru kəməri qazının Avropaya qayıdışını qaçılmaz hesab etsə də (hətta Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunsa belə), Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların gücləndirilməsi və ya yüngülləşdirilməsi qlobal təchizata əhəmiyyətli təsir göstərə bilər.
Hazırda Avropaya qaz əsasən ABŞ və Qətər kimi uzaq ölkələrdən daxil olunur.
Poliqon.info