AZ

Sabah paytaxtda və bölgələrdə fasilələrlə yağış yağacağı gözlənilir

Avqustun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 29-34, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Seçilən
85
49
ekologiya.az

10Mənbələr