
Avadanlıqlar Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilib. Yardımın ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola çıxıb. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan yardımın növbəti hissəsinin də yaxın günlərdə göndərilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yüklər göndərib. Hazırkı müharibə şəraitində Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını ötüb.
Foto: Nadir İbrahimli