AZ

Məşhur argentinalı karyerasını bitirdi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən 33 yaşlı cənubi amerikalının özü yayıb.

O, 11 ildir ki, ombasında problem olduğunu açıqlayıb.

Qeyd edək ki, sözügedən oyunçu "River Pleyt" klubunun yetirməsidir. Erik karyerası ərzində İtaliyada "Roma", İngiltərədə "Tottenhem", İspaniyada "Sevilya" və Yunanıstanda AEK komandasının formasını geyinib. Argentina yığmasında 25 oyun keçirən orta xətt oyunçusu 3 qol vurub.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
fanat.az

2Mənbələr