AZ

Altı ayda yol qəzalarında 313 nəfər ölüb


Bu ilin yanvar-iyun aylarında 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3% az yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,8% azalaraq 812 nəfər olub.
Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb. Hadisələrin 44,7%-i gündüz, 41,4%-i gecə, 13,9%-i isə toran vaxtı baş verib.
Yol-nəqliyyat hadisələrinin 87,2%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9% azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3% azalaraq 472 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 42,1%-i nəqliyyat vasitələrinin və piyadaların, 36,9%-i bir neçə nəqliyyat vasitəsinin, 21%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,7%-ini, yaralananların isə 70,9%-ini kişilər təşkil edib.

Murad Məmmədov
Seçilən
19
18
yeniavaz.com

10Mənbələr