AZ

“Amazon”un qurucusu Ceff Bezosun anası Mayamidə vəfat edib

Avqustun 14-də “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezosun anası Ceki Bezos 78 yaşında Mayamidə vəfat edib. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir.

Xanım Bezos oğluna ilk illərdə “Amazon”u inkişaf etdirməyə kömək edib. Hal-hazırda texnologiya nəhənginin dəyəri 2.5 trilyon dolları ötür. 1995-ci ildə xanım Bezos əri və Ceffin ögey atası Migel Bezos ilə birlikdə startapa 245 min dollar sərmayə qoyub.

Ceki Bezos Ceff Bezosu 1964-cü ildə 17 yaşında orta məktəbdə oxuyarkən dünyaya gətirib. Ceff Bezosun atası uşaq 17 aylıq olarkən Cekidən boşanıb. Bir neçə il sonra o, Ceffi övladlığa götürən Migel Bezosla evlənib.

Seçilən
57
banker.az

1Mənbələr