Ötən gecə avrokuboklarda III təsnifat mərhələsinin başa çatması ilə cari mövsüm klubları ən çox qələbə qazanan ölkələr müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, Polşa və Kipr futbol komandaları hərəyə 12 qələbə qazanaraq, siyahıya liderlik edirlər. İsveç klubları 11 qalibiyyətə seviniblər. Danimarkanın komandaları 9, Niderland kollektivləri isə 8 dəfə meydandan qalib ayrılıblar.

Azərbaycanı avrokuboklarda təmsil edən klublar Ukrayna, Albaniya, İslandiya, Belarus, İralndiya, Serbiya, Rumıniya, İsrail, Portuqaliya və Macarıstan ilə birlikdə 7 qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələlərində 4, KL-nin II təsnifat mərhələlərində isə "Sabah" 2, "Araz-Naxçıvan" 1 dəfə qalib gəlib. 

Siyahını təqdim edirik:

12 qələbə - Polşa, Kipr

11 qələbə - İsveç

10 qələbə - yoxdur.

9 qələbə - Danimarka

8 qələbə - Niderland

7 qələbə - Azərbaycan, Ukrayna, Albaniya, İslandiya, Belarus, İralndiya, Serbiya, Rumıniya, İsrail, Portuqaliya, Macarıstan

6 qələbə - Makedoniya, Farer Adaları, Çexiya, Türkiyə, Bolqarıstan, Norveç və Finlandiya

5 qələbə - Moldova, Avstriya, Şotlandiya, Latviya, Kosovo, Qazaxıstan, Estoniya, Bosniya və Herseqovina, Slovakiya, Sloveniya, İsveçrə

4 qələbə - Malta, Ermənistan, Moldova, Xorvatiya, Belçika

3 qələbə - Cəbəllütariq, Gürcüstan, Litva, Leksemburq, Yunanıstan

2 qələbə - Monteneqro, San Marino 

1 qələbə - Lixtenşteyn

0 qələbə - Uels, Fransa