AZ

Tramp Azərbaycana münasibətdə 907-ci maddənin tətbiqinin dayandırılmasının uzadılmasına dair memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-cimaddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandumimzalayıb.

Trend xəbərverir ki, sənəd ABŞ federal hökumətinin rəsmi jurnalında, federalagentliklər və prezident tərəfindən qəbul edilmiş qaydaları,bildirişləri və digər aktları dərc edən Federal Reyestrdəyerləşdirilib.

Memorandumda xüsusilə qeyd edilir ki, 907-ci Bölmədən imtinanınuzadılması barədə qərar 2002-ci maliyyə ili üçün XariciƏməliyyatların Maliyyələşdirilməsi, İxracın Maliyyələşdirilməsi vəƏlaqədar Proqramlar Aktının II Başlığı da daxil olmaqla, BirləşmişŞtatların Konstitusiyası və qanunları ilə Prezidentə verilənsəlahiyyətlər əsasında qəbul edilib (Akt No.1110).

Sənədə əsasən, Azərbaycanla bağlı dəyişikliyindayandırılması:

ABŞ-nin beynəlxalq terrorizmlə mübarizə səylərini dəstəkləməklazımdır;

ABŞ və koalisiyanın müttəfiq silahlı qüvvələrinin döyüşhazırlığını təmin etmək tələb olunur;

Azərbaycan sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi üçünvacibdir;

Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmasıüzrə danışıqlar prosesinə mənfi təsir göstərməyəcək və Ermənistanaqarşı hücum hərəkətlərində istifadə edilməyəcək.

“Yuxarıda göstərilən qərarla əlaqədar mən Azadlığa DəstəkAktının 907-ci hissəsindən imtina müddətini uzadıram”, -memorandumda deyilir.

Tramp
Məqalədə:
Seçilən
30
5
az.trend.az

6Mənbələr