AZ

Azərbaycanda aqrar sektor cüzi böyüyüb

Bu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8,2 milyard manat təşkil edib.

Bu barədə Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, bu vəsaitin də 4,1 milyard manatı heyvandarlıq, 4,1 milyard manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz, o cümlədən, heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 0,4 faiz azalıb.

Seçilən
10
2
day.az

3Mənbələr