AZ

Yeddi ayda hər bir ölkə sakini orta hesabla 788,8 manatlıq ödənişli xidmətlərdən yararlanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 avqust, AZƏRTAC

2025-ci ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,3 faiz artaraq 8 milyard 075,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 074,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 788,8 manatlıq və ya 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə nominal ifadədə 113,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
10
azertag.az

10Mənbələr