AZ

Ukrayna Müdafiə Nazirliyi yeni radioelektron mübarizə və kəşfiyyat sistemlərini istifadəyə verib

2025-ci ilin iyul ayında Ukrayna Müdafiə Nazirliyi 9 yeni radioelektron mübarizə/kəşfiyyat sistemini Sərhəd Qüvvələrində istifadəyə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istifadəyə verilən yeniliklərin 90%-i yerli müdafiə sənayesinin məhsuludur.

“Müasir müharibə şəraitində hərbi tapşırıqların yerinə yetirilməsinin nəticəsi çox vaxt məhz müdafiəçilərimizin də istifadə etdiyi bu sistemlərinin effektivliyindən asılıdır. 2025-ci ilin ilk 7 ayında Ukrayna Müdafiə Nazirliyi təxminən 80 radioelektron mübarizə/kəşfiyyat nümunəsini istifadəyə verib, keçən il isə bu göstərici 150-dən çox olub. Onların demək olar ki, hamısı Ukraynalı silah istehsalçılarının inkişafıdır”, – deyə məlumatda qeyd edilib.

Seçilən
2
poliqon.az

1Mənbələr