Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 milyon 773 min manat təşkil edib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Cari ilin altı ay ərzində Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 3 milyon 644 min manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 1,3 faiz artım deməkdir.
Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 13 faiz artaraq 129 min manat olub.