AZ

İnformasiya və rabitə sektorunun gəlirləri artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2082,8 milyon manat təşkil edib.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

Göstərilən xidmətlərin 73,1 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

"Cebheinfo.az" 

Seçilən
2
5
cebheinfo.az

6Mənbələr