AZ

Zelenski Alyaskadakı sammitin üçtərəfli görüş üçün zəmin yaratmalı olduğunu deyib

Ukrayna ordusu Pokrovsk istiqamətində Rusiya qüvvələrinin möhkəmlənməsinin qarşısını alır.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Donetsk regionunda Ukrayna ordusunun mövqelərinin möhkəmləndiriləcəyini bildirib.

Zelenski Rusiyanın cəbhədə mühüm əraziləri ələ keçirməyə çalışmaqla Alyaskadakı sammitdə öz mövqeyini gücləndirmək istədiyinə diqqət çəkib.

Ukrayna lideri orduda müqaviləli xidmət sisteminin inkişaf etdiriləcəyini bəyan edib.

O, Alyaskada ABŞ və Rusiya liderləri arasında keçiriləcək sammitin üçtərəfli görüş üçün (Ukrayna, ABŞ, Rusiya) zəmin yaratmalı olduğunu deyib.

Volodimir Zelenski müharibənin bitməli gərəkdiyini və bunun üçün Rusiyanın addım atmalı olduğunu ifadə edib.

Seçilən
15
2
apa.az

3Mənbələr