AZ

Trampdan sərt sözlər: Ukrayna məsələsində hərəkətimin əsl səbəbi…

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsinin problemlərinə diqqət yetirmək istəsə də, Ukraynadakı konfliktin həllində iştirak edir “həyatları xilas etmək üçün”.

Tramp jurnalistlərə təyyarədə deyib:
«Mən bunu sağlamlığım üçün etmirəm, başa düşdünüz? Mənə bu lazım deyil. Ölkəmizə diqqət yetirmək istərdim, amma bunu çox sayda həyatı xilas etmək üçün edirəm».

15 avqust tarixində Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada görüşəcək. Əsas müzakirə mövzusu Ukraynada sülh olacaq. Görüşdə ərazi dəyişiklikləri, Kiyevin NATO-ya üzv olmama ehtimalı və Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilə bilər. Görüş saat 22:00-da başlayacaq və əvvəlcə təkbətək söhbətlə başlayacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr