AZ

BMU məzunu təhsilini Qlazqo Universitetində davam etdirəcək

Bakı, 15 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasının (ingilis bölməsi) 2025-ci il üzrə məzunu Valeh Məmmədli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, həmçinin Azərbaycan və Macarıstan arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU məzunu Böyük Britaniyanın Bristol, Qlazqo, Şeffield Sausempton, Lids, Litva Respublikasının Kaunas Texnologiya və Macarıstanın Eotvos Lorand, həmçinin Debrecen universitetlərindən qəbul alıb.

Valeh Məmmədli magistrura səviyyəsi üzrə təhsilini Qlazqo Universitetində data elmləri ixtisası üzrə davam etdirmək qərarı verib.

BMU-ya 609 balla qəbul olan və universiteti yüksək göstəricilərlə bitirən Valeh Məmmədli beynəlxalq təhsil mühitində bilik və bacarıqlarını daha da inkişaf etdirərək ölkəmizin inkişafına töhfə verməyi hədəfləyib.

Seçilən
7
2
azertag.az

3Mənbələr