Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 639,5* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir.
Bu barədə Bakues.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 15 109,9 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,6% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 12 668,6 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-iyun göstəricisindən 0,9% azdır.
Qeyd etmək lazımdır ki, cari birinci yarısında ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
Məhsul növləri
2025-ci ilin yanvar- iyul aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Elektrik enerjisi, mln. kVt.s
15 639,5*
102,6
ondan əmtəəlik
15 109,9
102,6
istilik elektrik stansiyalarının istehsalı
12 668,6
100,9
ondan:
tullantıların yandırılmasından alınan elektrik enerjisi
132,1
99,3
su elektrik stansiyalarının
istehsalı
2 079,6
112,5
külək elektrik stansiyalarının istehsalı
27,5
81,4
günəş elektrik stansiyalarının
istehsalı
334,2
113,1