AZ

BMT-nin plastik çirklənmə ilə bağlı danışıqları nəticəsiz başa çatıb

Bakı. Trend:

Avqustun 15-də Cenevrədə BMT-yə üzv dövlətlərinin iştirakı iləkeçirilən plastik çirklənməyə son qoymaq üçün konsensus əldəedilməsinə dair müzakirələr nəticə əldə olunmadan dayandırılıb.

Trendtəşkilatın məlumatına istinadən xəbər verir ki, bu barədə məlumatverən BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İngerAndersen deyib:

“Bu, geosiyasi mürəkkəbliklər, iqtisadi çağırışlar və çoxtərəfligərginliklər fonunda çətin müzakirələrin olduğu 10 gün idi. Lakinbir şey aydındır: bu mürəkkəbliklərə baxmayaraq, bütün ölkələr açıqşəkildə masa arxasında qalmaq istəyir”.

İsveçrə şəhərində BMT-də Hökumətlərarası Danışıqlar Komitəsinin(INC) danışıqlarının sonunda mediaya müsahibə verən xanım Andersenüzv dövlətlərin plastik çirklənmə ilə bağlı əhəmiyyətli fərqləriniqeyd edib və onların bu prosesdə iştirakını davam etdirmək arzusunuifadə etdiklərini vurğulayıb. “Ümid etdiyimiz müqavilə mətni iləbağlı razılıq əldə olunmasa da, UNEP-də plastik çirklənməyə qarşıişi davam edəcək. Biz yeraltı sularımıza, torpağımıza, çaylarımıza,okeanlarımıza və orqanizmimizə daxil olan bu çirklənmənin qarşısınıalmalıyıq”, - deyə o qeyd edib.

UNEP rəhbərinin sözlərinə görə, 183 ölkədən olan nümayəndələrtəklif olunan razılaşmanın çağırış gücünü və əhəmiyyətinitəsdiqləyiblər.

Seçilən
8
19
az.trend.az

10Mənbələr