AZ

Zelenski: Alyaska görüşündən gözləntilər həqiqətən yüksəkdir

Alyaskadakı görüşdən gözləntilər həqiqətən yüksəkdir, əsas odur ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş ədalətli sülhə aparan real yolun açılmasına imkan versin.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.

"Bu gün kəşfiyyatın Rusiya tərəfinin aktual niyyətləri və Alyaska görüşünə hazırlığı barədə məruzəsini gözləyirəm. Həqiqətən gözləntilər yüksəkdir. Əsas odur ki, bu görüş ədalətli sülhə gedən real yolun açılmasına və liderlərin üçtərəfli formatda (Ukrayna, Birləşmiş Ştatlar, Rusiya tərəfi) məzmunlu söhbətinə imkan yaratsın", - o qeyd edib.

Prezident müharibəyə son qoymağın vaxtının gəldiyini və Rusiyanın müvafiq addımlar atmalı olduğunu vurğulayıb.

"ABŞ-yə ümid edirik. Həmişəki kimi, maksimum dərəcədə məhsuldar işləməyə hazırıq", - dövlət başçısı əlavə edib.

Seçilən
13
3
report.az

4Mənbələr