AZ

Azərbaycanda 45 mindən çox körpə doğulub

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9-a düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Körpələrdən 1 510-u əkiz, 63-ü isə üçəm doğulub.

Dogum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,4), Lənkəran-Astara (11,0),Qarabağ və Şərqi Zəngəzur (10,6), Mil-Muğan (10,3), Şirvan-Salyan (10,1), Quba-Xaçmaz və Mərkəzi Aran (9,9),Qazax-Tovuz (9,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,0) yüksək olub.

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 min 400 ölum halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

"Cebheinfo.az" 

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr