AZ

Tramp Putinlə görüşü vaxtından əvvəl tərk edə bilər – KİV

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçiriləcək görüşü vaxtından əvvəl tərk edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
 

“Alyaskada keçiriləcək Tramp–Putin görüşündə bütün variantlar masa üzərində qalır. Əgər Tramp Putinin razılaşma niyyətində olmadığını düşünərsə, görüşü davam etdirməkdən  imtina edə bilər”.


Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.

Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.

Bizim.Media

Seçilən
34
50
bizim.media

10Mənbələr