AZ

Peskov Tramp Putin görüşünün neçə saat davam edə biləcəyini açıqladı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş 6-7 saat davam edə bilər.

Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putin və Tramp əvvəlcə təkbətək, eləcə də köməkçilərinin iştirakı ilə danışacaqlar:

"Sonra nümayəndə heyətlərinin tərkibində ola bilsin, işçi nahar formatında danışıqlar olacaq. Bundan sonra "liderlər bir müddət ayrılacaqlar" və ardınca birgə mətbuat konfransında iştirak edəcəklər".

Kreml nümayəndəsi danışıqların məhsuldar başa çatacağına ümid etdiyini də bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
50
oxu.az

10Mənbələr