Rusiyada avtomobil hərəkətdə olarkən öpüşən sürücü məsuliyyət daşıyacaq.
ONN media xəbər verir ki, bu barədə hüquqşünas Lev Voropaev "Gazeta.Ru"ya açıqlamasında söyləyib. Onun sözlərinə görə, hərəkət zamanı öpüşmək qəza ilə nəticələnərsə, buna görə sürücü cəzalandırılacaq.
"Əgər bu, yol-nəqliyyat hadisəsinə səbəb olub və məsələn, videoqeydiyyat kamerası ilə qeydə alınarsa, qəza zamanı öpüşən sürücünün zərərin ödənilməsinə görə məsuliyyət daşıması üçün əsas yaranacaq", - deyə hüquqşünas qeyd edib.
Voropaev bildirib ki, qanunvericilikdə insanların avtomobildə hərəkət edərkən öpüşməsi üçün birbaşa cəza nəzərdə tutulmayıb. Lakin öpüş təhrikedici hərəkət hesab olunarsa, məktəb və ya uşaq bağçası yaxınlığında baş verərsə, bu, əxlaqsız hərəkət kimi qiymətləndirilə bilər və həmin şəxslər min rubladək cərimə oluna bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta