AZ

Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib

"Report"un yerli bürosunun məlumatına görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub.

Ramil Eminov bundan əvvəl Bakıda FHN-in Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb.

Məlumatı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən "Report"un yerli bürosuna təsdiq ediblər.

Seçilən
33
14
report.az

10Mənbələr