AZ

Alyaska Tramp-Putin görüşünə hazırlaşır

Vaşinqton, 15 avqust, AZƏRTAC

Bu gün ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

AZƏRTAC-ın məlumatına görə görüş, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00-da) başlayacaq. Görüş Elmendorf-Riçardson bazasında baş tutacaq. Tərəflərin görüşün sonunda birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Görüşün əsas mövzusu Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmasıdır.

Donald Tramp görüşdən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçlü görüş planlaşdırdığını açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
3
2
azertag.az

3Mənbələr