AZ

25 44 yaş arası qadınların təxminən 45 faizi... AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45 faizi həyat yoldaşı və övladı olmadan yaşayacaq. Bu tendensiyanın Azərbaycanda da özünü göstərməsi ehtimalı yüksəkdir, sadəcə temp və forması Qərb ölkələrindən fərqli ola bilər. Hazırda qloballaşma və rəqəmsal mədəniyyətin yayılması ilə qadınların təhsil, iqtisadi müstəqillik və öz həyatlarını idarə etmə arzuları artıb. Bunu sadəcə "Qərb dəyərlərinin təsiri" kimi izah etmək sadəlövhlük olardı”.Bunu sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, burada dərin struktur dəyişikliklərdən söhbət gedir:“Məşhur sosioloq Entoni Qiddensin fikirlərinə əsasən, ailə və münasibətlər artıq ənənəvi funksiyalarını yerinə yetirməkdən çıxaraq, yeni modelə keçid edir. Yəni tərəflər bir-birinin sadəcə emosional və psixoloji ehtiyaclarını qarşılayırlarsa, münasibət davam edir. Azərbaycanda da qadınların həyata dair artan gözləntiləri, iqtisadi asılılıqdan çıxmaq istəyi və sosial öhdəliklərdən sıyrılmaq arzusu bu modelə doğru təkamülün başlanğıcındadır. Bu tendensiyanın fəsadlarına gəlincə, bir tərəfdən, bu qadınların daha sərbəst, daha təhsilli və daha məhsuldar olması ilə nəticələnsə də, digər tərəfdən, ailə institutunun zəifləməsi, sosial təcrid, psixoloji tənha qalma halları və yaşlılıqda sosial dəstək mexanizmlərinin zəifləməsi kimi problemləri gündəmə gətirə bilir. Belə çıxır ki, “azadlıq” və “yalnızlıq” sanki bir paket halında gəlir.  Bu tendensiyanı “pozitiv” və ya “neqativ” kimi etiketləmək əvəzinə, onu cəmiyyətin dəyişən struktur reallığı kimi dəyərləndirmək daha doğru olardı. Belə görünür ki, ailəni və münasibətləri qorumaq üçün onları yenidən gözdən keçirmək lazımdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
demokrat.az

2Mənbələr