AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 10 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 milyon 395 min ton təşkil edib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 489,3 min ton və yaxud 10 % çoxdur. Məlumata əsasən, yüklərin 48,2 %-i neft yükləri olub. Dəniz limanları vasitəsilə 7 906,7 min ton həcmində (-2 %) yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 399 min tonunu (-0,8 %) və ya 80,9 %-ni tranzit yüklər təşkil edib. Avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 ton və yaxud 3,4 % azdır. 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb. Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı isə illik müqayisədə 900 nəfər və yaxud 5,7 % azalaraq 14,8 min nəfər olub.

Seçilən
22
3
avtosfer.az

4Mənbələr