AZ

Şahin Şıxlinski barədə qərar verildi

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

Heftelik.az-ın  “URA.RU”ya istinadən verdiyi məlumata görə, onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

Şikayət Moskva Şəhər Məhkəməsində araşdırılıb.

Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilmişdi. O, avqustun 2-də saxlanılıb.

 

Seçilən
70
8
heftelik.az

10Mənbələr