AZ

İmişlidə tələbə atasına görə adam öldürdü HÖKM OXUNDU

ain.az, Lent az portalına istinadən məlumat verir.

İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayında İmişlidə baş verib. Təqsirləndirilən Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

F.Allahverdiyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Dövlət Universitetinin tələbəsi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
34
lent.az

10Mənbələr