AZ

Fransada listerioz virusuna yoluxan iki nəfər ölüb

Bakı. Trend:

Fransada iki nəfərin listerioz virusundan vəfat etməsi ilə bağlıxəbər cəmiyyətin diqqətini bu təhlükəli bakteriyaya yönəldib.

Trend xəbərverir ki, Fransanın Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərininyaydığı məlumata görə, çox sayda insan listerioz virusunayoluxub.

Bu vaxtadək virusdan iki ölüm halı qeydə alınıb. Ölümlərinpasterizə olunmuş süddən hazırlanmış və Kröz bölgəsində yerləşən“Şavöqran” şirkətinin istehsalı olan pendirlə əlaqəli olduğuehtimal edilir. Bununla əlaqədar olaraq, 40-dan çox pendirpartiyası satışdan yığışdırılıb.

Xəbərdarlıq edilir ki, listeriozun erkən mərhələsi çox zamanqrip və ya bağırsaq infeksiyası ilə qarışdırılır. Buna görə dəvirusa yoluxmuş xəstələr, adətən, xəstəxanaya artıq ağır vəziyyətdə– komada və ürək-damar çatışmazlığı ilə daxil olurlar.

Seçilən
31
4
az.trend.az

4Mənbələr