Bakı. Trend:
Futbol üzrə Premyer Liqada 2025/2026-cı illər mövsümünə startverilib.
Trend xəbərverir ki, ilk turun açılış oyununda "Karvan-Yevlax" Şamaxı şəhərstadionunda "Qəbələ"ni qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş 1:1 hesablıheç-heçə ilə başa çatıb. Matçda hər iki qol ikinci hissədə vurulub.“Qəbələ” 54-cü dəqiqədə Domi Massumo ilə hesabı açıb. 78-cidəqiqədə isə “qırmızı qaralar”ın müdafiəçisi Murad Musayev avtoqolmüəllifi olub.
Qeyd edək ki, turun digər oyunları 16, 17 və 19 avqustdareallaşacaq. "Qarabağ” Çempionlar Liqasında yoluna davam etdiyiüçün beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmigörüşləri arasında minimum 48 saat vaxtın qorunması), ilk turda“Sabah”la matçı təxirə salınıb.