AZ

Peşə məktəblərinə qəbulun birinci mərhələsinin nəticələri açıqlandı

2025/2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub. İyulun 22-dən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 min 278 nəfərdən 123 min 930 müraciət daxil olub. Ümumilikdə 23 min 802 nəfər müsabiqədən keçib.Metbuat.az xəbər verir ki, bu barədə Peşə Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Müsabiqənin nəticələri avqustun 15-də müraciətçilərə həm SMS vasitəsilə təqdim edilib, həm də “Şəxsi kabinet” bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər avqustun 16-dan 25-dək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:- Attestatın əsli;- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;- Şəxsiyyət vəsiqəsinin surəti;- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.Qəbul olmuş şəxsin qeyd edilən müddətdə qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin avqustun 26-dan sentyabrın 2-dək keçirilməsi planlaşdırılır.

Seçilən
90
14
metbuat.az

10Mənbələr