Onun sözlərinə görə, bu, mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla genişspektrli məsələlər toplusudur.
Ajans.az Baza-ya istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskovun məlumatında bildirilib. O bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq. Peskov qeyd edib ki, Alyaskaya uçuş zamanı Putin qarşıdan gələn sammitin müxtəlif mövzuları - Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərində gərginlik yaradan məsələlərə qədər materiallar üzərində işləyəcək.