"Qalatasaray"da yeni müqavilə imzalanıb.

Offsideplus.az xəbər verir ki, söhbət 29 yaşlı mərkəz müdafiəçi Davinson Sançezdən gedir. 

Futbolçunun müqavilə müddəti 2029-cu ilin yayınadək uzadılıb və müqavilədə əlavə 1 mövsüm daha artırmaq imkanı verən maddə də yer alıb.

Qeyd edək ki, futbolçu 2023-cü ildə 9.5 milyon avro qarşılığında "Tottenhem"dən transfer olunub.