AZ

Azər Həşimov: “Asan təslim olmayacağıq”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk oyun hər zaman çətin olur. İkili mübarizələr şəraitində keçən oyun oldu. Bu gün bir xal qazandıq. “Qəbələ”yə uğurlar arzu edirəm. Bu gün burda olmağımda “Qəbələ” klubunun da əməyi var. Uzun illər orda oynamış, işləmişəm.

– Baş məşqçi kimi Premyer Liqada debüt etdiniz. Özünüzü oyuna necə hazırlamışdınız?

– Hər rəqibə qarşı əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu olanda necə əzmkar idimsə, komandamdan da onu gözləyirəm. Məşqçi futbolçuların simasıdır. İstəyirdik ki, ilk oyunda xal və ya xallar qazanaq.

– Əsas kapitan Araz Abdullayevdir? Nə dərəcə hazırdır oyunlara?

– Rəqib bizdən Arazın əsas heyətdə olmasını gözləyirdi. Buna görə taktiki dəyişiklik etdi. Düzdür, Araz da tam hazır deyil. Gələcəkdə daha yaxşı olacaq.

– Qarşınıza qoyulan hədəf nədir?

– Hədəf Premyer Liqada möhkəmlənmək, əzmkar komanda formalaşdırmaq, asan məğlub olmamaqdır. Bacardığımız qədər yaxşısını etməyə çalışacağıq.

– Legioner transferi olacaq?

– Güman ki, yox. 12 legionerimiz var. Həftə ərzində baxırıq, kim özünü yaxşı göstərirsə, o da meydana çıxır.

– Bu heyət çempionatda qalmağa kömək edəcək?

– Düşünürəm ki, hə.

– Mövsüm başlamazdan öncə autsayderlər arasında “Karvan-Yevlax” da göstərilirdi…

– Hələ mövsüm indi başlayıb. Avrokuboklarda iştirak edən klublarımızdan heç kim rahat deyə bilməz ki, “Karvan-Yevlax”ı asan məğlub edəcəyik. Heç kimə rahat təslim olmayacağıq.

– Oyunun qəhrəmanı bəlkə, qapıçınız idi. Onu necə tapmışınız?

– Tək qapıçı yox, futbolçular da əzmkar oynadı. Təklif olundu, baxdıq və bəyəndik. Uzun marafon var. Hamı şans qazanacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
futbolpress.az

2Mənbələr